Qətər millisinin baş məşqçisi: "Əsəb və məsuliyyət bizimlə amansız zarafat etdi"

Dünya Çempionatı - 2022
  • 20 noyabr, 2022
  • 19:41
Qətər millisinin baş məşqçisi: Əsəb və məsuliyyət bizimlə amansız zarafat etdi

"Rəqibi təbrik edirəm. Mundiala pis başladıq. Əsəb və məsuliyyət bizimlə amansız zarafat etdi".

"Report"un məlumatına görə, bunu Qətər millisinin baş məşqçisi Feliks Sançes Bas Ekvadora 0:2 hesabı ilə uduzduqları dünya çempionatının açılış oyunundan sonra mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis pis oynadıqlarını bildirib: "Ardıcıl dörd ötürmə verə bilmirdik. Bəlkə də çox fikirləşirdik. İstədiyimiz səviyyəyə çatmaq mümkün olmadı. Qarşıda ən azı daha 2 oyunumuz var. Əminəm ki, daha yaxşı çıxış edəcəyik".

Qeyd edək ki, ev sahibləri A qrupundakı ikinci oyununu Seneqala qarşı keçirəcək.