“Qəbələ”nin futbolçusu: “Braziliya dünya çempionu olacaq”
Dünya Çempionatı - 2022
- 06 dekabr, 2022
- 12:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Əminəm ki, Braziliya yığması dünya çempionu olacaq”.
Bunu “Report”a açıqlamasında “Qəbələ”nin braziliyalı futbolçusu Felipe Santos yığma komandalarının Qətərdə keçirilən dünya çempionatındakı şanslarını dəyərləndirərkən deyib.
25 yaşlı yarımmüdafiəçi “sambaçılar”ın mundialın qalibi olacağına şübhə etmir. Santosun fikrincə, DÇ-2022-də Titenin komandasına rəqib yoxdur: “Braziliya böyük favoritdir. Mənə görə, çempionun kimliyi ilə bağlı geniş müzakirə aparmağa ehtiyac yoxdur. Hansısa komandanın çempionluğu yığmamızdan alması çətin görünür”.
Qeyd edək ki, Braziliya millisi dünya çempionatının 1/4 final mərhələsində dekabrın 9-da Xorvatiya ilə qarşılaşacaq.
Son xəbərlər
12:26
Tağıyev qəsəbəsində dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
Hadisə12:26
Azərbaycan və Mərkəzi Asiya dövlətləri sənaye məhsullarının iştirakçıların bazarlarına çıxması üçün əlverişli şərait yaradacaq
Xarici siyasət12:26
Naxçıvanda vergi daxilolmaları 10 % artıb
Maliyyə12:23
Qeyri-neft-qaz ixracında yeni mərhələ: logistik xərclərin kompensasiyası rəqabət imkanlarını necə dəyişəcək?
Biznes12:18
Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir - BİRGƏ BƏYANAT
Xarici siyasət12:17
Foto
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib - YENİLƏNİB-3
Xarici siyasət12:17
Paşinyan: "Rusiya Dəmir Yolları"nın rəhbərinin ölkəmizə səfəri zamanı konsessiya məsələsi müzakirə olunacaq
Region12:16
Murad Fətiyev Bakıda keçirilən dünya çempionatına qələbə ilə start verib
Fərdi12:12