Dünya çempionatlarında baş məşqçi kimi ən çox oyuna çıxan mütəxəssislər
- 07 noyabr, 2022
- 06:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bu il Qətərdə keçiriləcək dünya çempionatı ərəfəsində daha bir mövzu ilə bağlı araşdırma aparıb.
"Report" IFFHS-ın rəsmi saytına istinadən xəbər verir ki, mundiallarda baş məşqçi kimi ən çox meydana çıxan mütəxəssislərin siyahısı tərtib olunub.
İlk pillədə almaniyalı Helmut Şön qərarlaşıb. O, 1966, 1970, 1974 və 1978-ci illərdəki turnirlərdə 25 qarşılaşmada ölkəsinin yığmasına rəhbərlik edib.
Braziliyalı Karlos Alberto Perreyra bu göstəriciyə görə ikincidir. 79 yaşlı mütəxəssis 1982-ci ildə Küveyt, 1990-cı ildə Birləşmiş Ərəb Əmirlikləri, 1994 və 2006-cı illərdə Braziliya, 1998-ci ildə Səudiyyə Ərəbistanı, 2010-cu ildə isə Cənubi Afrika Respublikasının yığması ilə mundialın iştirakçısı olub. Perreyra 24 görüşdə baş məşqçi funksiyasını yerinə yetirib.
İlk "3-lüy"ü digər braziliyalı Luis Felipe Skolari qapayıb. 74 yaşlı mütəxəssis 2002 və 2014-cü illərdə Braziliya seçməsinin, 2006-cı ildə isə Portuqaliya yığmasının sükanı arxasında olub. O, ümumilikdə 21 matçda baş məşqçi kimi meydana çıxıb.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.
|
| Baş məşqçi | Ölkəsi | Oyun sayı | Komandalar/Çempionatlar |
| 1 | Helmut Şön | Almaniya | 25 | Almaniya 1966, 1970, 1974, 1978 |
| 2 | Karlos Alberto Perreyra | Braziliya | 24 | Küveyt 1982, BƏƏ 1990, Braziliya 1994, 2006, Səudiyyə Ərəbistanı 1998, CAR 2010 |
| 3 | Luiz Felipe Skolari | Braziliya | 21 | Braziliya 2002, 2014, Portuqaliya 2006 |
| 4 | Bora Milutinoviç | Yugoslaviya/Meksika | 20 | Meksika 1986, Kosta Rika 1990, ABŞ 1994, Nigeriya 1998, Çin 2002 |
|
| Oskar Tabarez | Uruqvay | 20 | Uruqvay 1990, 2010, 2014, 2018 |
|
| Mario Zaqallo | Braziliya | 20 | Braziliya 1970, 1974, 1998 |
| 7 | Enzo Birzot | İtaliya | 18 | İtaliya 1978, 1982, 1986 |
|
| Zepp Herberger | Almaniya | 18 | Almaniya 1938, 1954, 1958, 1962 |
|
| Quus Hiddink | Niderland | 18 | Niderland 1998, Cənubi Koreya 2002, Avstraliya 2006 |
| 10 | Yoahim Löv | Almaniya | 17 | Almaniya 2010, 2014, 2018 |