DÇ-2022: Fransalı futbolçu komanda yoldaşını zədələdiyi üçün irqçiliyə məruz qalıb
Dünya Çempionatı - 2022
- 16 noyabr, 2022
- 12:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransa millisinin futbolçusu Eduardo Kamavinqa Qətərdə keçiriləcək dünya çempionatından əvvəl irqçiliyə məruz qalıb.
"Report" "L`Equipe" nəşrinə istinadən xəbər verir ki, buna 20 yaşlı yarımmüdafiəçinin məşqdə komanda yoldaşı Kristofer Nkunkuya ehtiyatsızlıqdan xəsarət yetirməsi səbəb olub.
Kamavinqa bundan sonra sosial şəbəkələrdə təhqiredici mesajlar alıb.
Nkunku zədə səbəbindən mundialı buraxacaq və onun yerinə yığmaya Randal Kolo Muani dəvət alıb.
Qeyd edək ki, Fransa yığması noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq mundialda Danimarka, Avstraliya və Tunis ilə birlikdə D qrupunda mübarizə aparacaq.
Son xəbərlər
05:18
Niderland "Ostin" fırtınasına hazırlaşır
Digər ölkələr
04:49
ABŞ Hərbi Dəniz Qüvvələri gəmilərdə süni intellekt sisteminin tətbiqinə 25 milyon dollar ayırıb
Digər ölkələr
04:15
Rubio və Rütte Qara dənizdə təhlükəsizliyi müzakirə ediblər
Digər ölkələr
03:50
Tramp yanacağın bahalaşmasına qarşı Koreya müharibəsi dövrünün qanununu tətbiq edib
Digər ölkələr
03:27
Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər
Formula 1
02:40
Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib
Xarici siyasət
02:21
KTMT baş katibi: Ermənistan faktiki olaraq təşkilatdan çıxıb
Region
01:40
Avropanın beş lideri Rusiya ilə danışıqlar üçün namizəd göstərilir
Digər ölkələr
01:04
Avropa Liqası: "Ararat" və "Lillestrem" darmadağın edilib
Futbol