Braziliya millisi dünya çempionatları tarixində iki rekorda imza atıb
- 06 dekabr, 2022
- 05:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Braziliya millisi dünya çempionatlarının tarixinə düşüb.
"Report"un məlumatına görə, "sambaçılar" buna Qətərdə keçirilən mundialın 1/8 finalında Cənubi Koreya yığmasına 4:1 hesabı ilə qalib gəlməklə nail olublar.
Cənubi Amerika təmsilçisi turnirlərdə keçirdiyi oyunların (113) və vurduğu qolların (236) sayına görə Almaniyanı keçərək liderliyə yüksəlib. Bundestim yarışla qrup mərhələsində vidalaşıb.
DÇ-2026-yadək hansısa komanda Braziliya millisini keçə bilməyəcək. Amma Argentinanın üçüncü sıraya yüksəlmək şansı var.
| Komanda | İştirak sayı | Oyun sayı | Qələbə | Heç-heçə | Məğlubiyyət | Top fərqi | Qazandığı xal |
| Braziliya | 22 | 113 | 76 | 18 | 19 | 236-107 | 246 |
| Almaniya | 20 | 112 | 68 | 21 | 23 | 232-130 | 225 |
| İtaliya | 18 | 83 | 45 | 21 | 17 | 128-77 | 156 |
| Argentina | 18 | 85 | 46 | 15 | 24 | 144-96 | 153 |