​Roma papası Azərbaycanda işləmiş arxiyepiskopa yeni vəzifə verib

Din
  • 13 noyabr, 2015
  • 18:29
​Roma papası Azərbaycanda işləmiş arxiyepiskopa yeni vəzifə verib

Bakı. 13 noyabr. REPORT.AZ/ Roma papası Fransisk vaxtikən Azərbaycanda işləmiş arxiyepiskop Klaudio Qucerottini Vatikanın Ukraynadakı Apostol nunsisi vəzifəsinə təyin edib.

"Report" xəbər verir ki, bu barədə Vatikanın rəsmi saytı məlumat yayıb.

O bu vəzifədə ABŞ-dan olan arxiyepiskop Tomas Qalliksonu əvəz edib.

K.Qucerotti 7 oktyabr 1955-ci il tarixində İtaliyanın Verona şəhərində doğulub.

O, 2001-ci ildən başlayaraq Ermənistan, Gürcüstan, Azərbaycan və Belarusda Apostol nunsisi vəzifəsini tutub.