Rəvan Həsənov: Dini liderlərin sülhə və icmalar arasında dialoqa töhfə vermək kimi mühüm məsuliyyəti var

Din
  • 15 sentyabr, 2026
  • 10:28
Rəvan Həsənov: Dini liderlərin sülhə və icmalar arasında dialoqa töhfə vermək kimi mühüm məsuliyyəti var

Dini liderlərin sülhə, qarşılıqlı hörmətə, ictimai harmoniyaya və icmalar arasında dialoqa töhfə vermək kimi mühüm məsuliyyəti var.

"Report" xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin sabiq icraçı direktoru Rəvan Həsənov Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının Bakıda keçirilən 7-ci görüşü çərçivəsində azərbaycanlı mütəfəkkir və alim şeyx Seyid Yahya Bakuviyə həsr edilmiş Birinci Beynəlxalq elmi-praktiki konfransın bölmə iclasında deyib.

O qeyd edib ki, dini liderlərin anlaşma, mənəvi dəyərlər və dinc birgəyaşayışın təşviqində ortaq məsuliyyəti var:

"Sürətlə dəyişən dünyada belə bir dialoq xüsusi əhəmiyyət daşıyır. Din cəmiyyətlərin mənəvi və mədəni həyatının formalaşmasında mühüm rol oynamaqda davam edir. Dini liderlərin də sülhə, qarşılıqlı hörmətə, ictimai harmoniyaya və icmalar arasında dialoqa töhfə vermək kimi mühüm məsuliyyəti var. Bu mühüm görüşün Azərbaycanda keçirilməsi və Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş konfransla müşayiət olunması da xüsusi məna daşıyır".

R.Həsənov vurğulayıb ki, Bakuvi irsi keçmişlə bu gün arasında mühüm körpü yaradır:

"Bu məqam onu göstərir ki, ortaq irsimiz yalnız tariximizlə əlaqəmizi təmin edən vasitə deyil, həm də gələcək əməkdaşlığımız üçün əsas ola bilər".

44 filmi