Qars müftisi: Azərbaycanın İslam həmrəyliyinə töhfələrini yüksək qiymətləndiririk
- 12 mart, 2025
- 18:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın İslam həmrəyliyinə, müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə yönəlik təşəbbüsləri, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrini yüksək qiymətləndiririk.
"Report" xəbər verir ki, bunu Qars vilayətinin müftisi Yavuz Yıldız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovla görüşündə deyib.
Müfti komitə tərəfindən Qarsda təşkil edilən iftar süfrəsinin həmrəyliyi və yardımsevərliyi daha da gücləndirmək baxımından xüsusi əhəmiyyət daşıdığı bildirilib.
Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan və Türkiyənin tarix boyunca bir-birinə yaxın, dost və qardaş ölkələr olduğunu vurğulayıb. Azərbaycan və Türkiyə prezidentlərinin uğurlu siyasəti nəticəsində ikitərəfli münasibətlərin möhkəmləndiyini bildirib. İki xalqı birləşdirən dəyərlər sırasında ortaq mədəniyyətimizin, dilimizin və dinimizin mühüm rol oynadığını qeyd edib.
R.Məmmədov, həmçinin Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoq və əməkdaşlıq məsələlərinə daim böyük qayğı ilə yanaşdığını, dinlərarası dialoq və multikulturalizm ideyalarının dünyanın və bəşəriyyətin ümumi sərvətlərindən biri kimi qorunmasının vacibliyini vurğulayıb.