"On İki Həvari Kvorumu"nun üzvü hərtərəfli dəstəyinə görə Azərbaycana təşəkkür edib
- 13 noyabr, 2025
- 15:03
"On İki Həvari Kvorumu"nun üzvü Devid Bednar İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisinin açılmasında göstərdiyi dəstək və yardıma görə Azərbaycana təşəkkür edib.
"Report" xəbər verir ki, o, bu barədə Bakı ofisinin açılış mərasimində bildirib.
D.Bednar qeyd edib ki, kilsənin Azərbaycanda tanınması və qeydiyyata alınması prosesində hərtərəfli dəstək göstərilib.
O, müxtəlif dini konfessiyaların nümayəndələri ilə birlikdə mərasimdə iştirak etmək imkanını yüksək qiymətləndirdiyini vurğulayıb.
D.Bednar deyib ki, kilsənin Bakı ofisi dinindən asılı olmayaraq, "yaxşı qonşu" olmağa, Allaha və insanlara xidmət etməyə çalışır.
"Biz müxtəlif dinlərin nümayəndələri arasında işığı, dostluğu, birliyi və sevgini hiss edirik. Azərbaycanda icmamıza göstərilən səmimi qəbula görə minnətdarıq", - o bildirib.