Naxçıvanda bayram namazı qılınıb
Din
- 21 aprel, 2023
- 05:20
Azərbaycanda Ramazan ayının başa çatması münasibətilə Naxçıvan Muxtar Respublikasında bayram namazı qılınıb.
"Report"un yerli bürosu xəbər verir ki, dini ayinlər Naxçıvan şəhərindəki Sarvanlar, Came və Kazım Qarabəkir Paşa məscidlərində icra olunub.
Eləcə də bayram namazı muxtar respublikanın digər rayonlarındakı məscidlərdə də qılınıb.
Bayram namazından sonra dualar oxunub.
Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb. Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd edilir. Aprelin 22-si şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə uyğun olaraq, aprelin 21-24-ü iş günləri hesab edilmir.
Son xəbərlər
09:44
PUA hücumları nəticəsində Rusiyada NEZ və neft məhsulları saxlanılan obyektlərdə yanğınlar olub
Region09:36
Azərbaycan neftinin qiyməti 79 dollara düşüb
Energetika09:30
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (10.07.2026)
Maliyyə09:29
Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında kibertəhlükəsizlik üzrə əməkdaşlıq müzakirə olunub
Hadisə09:25
"Neftçi" Sloveniyada üçüncü yoxlama oyununa çıxacaq
Futbol09:17
Foto
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
İnfrastruktur09:13
Azərbaycan UEFA reytinqində bu həftə 0,750 əmsal qazanıb
Futbol09:01
Titan və Plutonda elmə məlum olmayan kimyəvi siqnal aşkar edilib
Elm və təhsil08:50