Mübariz Qurbanlı Hacıqabulda vətəndaşları qəbul edəcək

Din
  • 11 mart, 2016
  • 06:05
Mübariz Qurbanlı Hacıqabulda vətəndaşları qəbul edəcək

Bakı. 11 mart. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı martın 17-də Hacıqabul rayonunda Şirvan, Hacıqabul və Qobustan rayon sakinlərini qəbul edəcək.

Bu barədə "Report"a komitənin mətbuat xidmətindən bildirilib.

Qəbul Hacıqabul şəhəri Heydər Əliyev Mərkəzində (Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi, 1) saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

44 - Tezliklə