Leyla Əliyeva Qubada Qırmızı qəsəbədə “Altı günbəz” sinaqoqu ilə tanış olub
Din
- 18 mart, 2025
- 21:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva martın 18-də Qubadakı Qırmızı qəsəbədə “Altı günbəz” sinaqoqunda olub.
"Report" xəbər verir ki, Leyla Əliyevaya sinaqoqun tarixi barədə məlumat verilib.
Bildirilib ki, 1888-ci ildə inşa edilən sinaqoq Şərq üslubunda tikilmiş qədim memarlıq abidəsidir. Böyük ibadət zalı olan sinaqoqun içərisindəki ibadət divarına baxan hissə aron-kaduş adlanır. Altıguşəli ulduz şəklində olan pəncərələr palıd ağacından hazırlanıb. Burada dini mərasimlərin keçirilməsi üçün 60 nəfərlik ibadət zalı var.
Sovet dövründə məbəd anbar kimi istifadə olunub. Müstəqillik illərində isə sinaqoq bərpa edilərək yenidən istifadəyə verilib.
Son xəbərlər
14:09
Yaponiya səfiri: Azərbaycanın Orta Dəhlizdə əhəmiyyəti artmaqda davam edir
Xarici siyasət
14:03
AFFA rəsmisi Seymur Səlimli: "Klubların peşəkar inkişafı və idarəetmə keyfiyyəti əsas hədəfdir" - Müsahibə
Fərdi
14:01
İran səfiri Almaniya XİN-ə çağırılıb
Digər ölkələr
13:59
Kino Agentliyi: "44" filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq
İncəsənət
13:57
Azərbaycan buğda idxalına çəkdiyi xərci 19 %-ə yaxın artırıb
Biznes
13:48
Yunanıstan sahillərində 2 kater batıb, 12 nəfər ölüb - Yenilənib
Digər ölkələr
13:40
Günel Bədəlova: "ISMF-nin vitse-prezidenti seçilməyim Azərbaycan üçün yeni imkanlar yaradır"
Fərdi
13:35
Bakıda 49 nömrəli marşrutun son dayanacaq məntəqəsi müvəqqəti dəyişdirilib
İnfrastruktur
13:30
Foto
Azərbaycan Taekvondo Federasiyası dan imtahanı keçirib
Fərdi