İbadət yerlərində ehsanların verilməsi müvəqqəti dayandırılıb
Din
- 16 iyun, 2021
- 14:16
Səhiyyə Nazirliyi ibadət yerlərinin koronavirus infeksiyasının idarə olunmasına dair metodiki göstərişləri təsdiqləyib.
"Report" xəbər verir ki, sənəddə ümumi göstərişlər aşağıdakı kimidir:
- İbadət yerinin ilkin müəyyən olunmuş tutumuna uyğun olaraq, həmin məkanda eyni vaxtda olmasına yol verilən maksimum ziyarətçi sayı müəyyənləşdirilir və bu say məkan tutumunun 50%-dən çox (eyni anda ümumi olaraq 50 nəfərdən çox olmamaqla) olmaması;
- Gigiyena və təmizlik, maskalardan istifadə, fiziki məsafənin qorunması və digər məsələlərlə bağlı tələblər, habelə ziyarətçi tutumu barədə məlumatı əks etdirən lövhələr ibadət yerlərinin girişlərində və daxildə yerləşdirilməsi;
- İbadət yerində hazırkı Metodiki Göstərişlərə əməl edilməsinə nəzarət üçün cavabdeh şəxsin təyin edilməsi;
- İbadət yerlərinə daxil olarkən və orada olan müddətdə (dəstəmaz vaxtı istisna olmaqla) mütləq şəkildə maskalardan istifadə edilməsi;
- Girişlərdə əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlərin yerləşdirilməsi;
- Girişlərdə müəyyən olunmuş şəxslər tərəfindən təmassız termometrlərlə ziyarətçilərin və əməkdaşların hərarəti ölçülməli və hərarəti olan şəxslərin içəri buraxılmaması;
- Növbəliliyin və fiziki məsafənin təmin edilməsi, habelə ziyarətçilərin müəyyən olunmuş həddə saxlanılması və vətəndaşların vaxtında məlumatlandırılması məqsədi ilə ibadət saatlarında girişlərdə gücləndirilmiş nəzarətin təmin edilməsi;
- İbadət edən şəxslər arasında hər tərəfdən 1,5 metrlik fiziki məsafənin qorunması və döşəmə/oturacaqlar fiziki məsafəyə uyğun olaraq işarələnməsi;
- İbadət yerlərində ehsanların verilməsinin müvəqqəti dayandırılması;
- İstifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbaların qoyulması
və bu tullantılar müvafiq qaydada məhv edilməsi; - Təmizlik və dezinfeksiya işlərinə xüsusi diqqət edilməli, ümumişlək səthlərin
mütəmadi təmizlənməsi, hər kütləvi ibadətdən sonra dezinfeksiya və havalandırılma
işlərinin yerinə yetirilməsi; - Tələblərin icrasını nəzarətdə saxlamaq məqsədi ilə gündəlik monitorinqlərin
keçirilməsi; - İbadət yerlərinin fəaliyyətinə yalnız təbii və ya mexaniki havalandırma sisteminə
malik olan yerlərdə icazə verilməsi; - Sanitar-məişət otaqları (dəstəmaz yeri, sanitar qovşaq, ayaqqabıların soyunubgeyinmə yeri və s.) sanitar gigiyenik qaydalara uyğun, işlək və təmiz vəziyyətdə saxlanılmalı, əl dezinfektantları, sabun, birdəfəlik əl dəsmalları və digər gigiyenik vasitələr ilə fasiləsiz təmin olunması;
- Hər növbəti kütləvi namazdan sonra ibadət yerinin havalandırılması və hazırki
Metodiki Göstərişlərin 2-ci hissəsində göstərilən qaydada təmizlik-dezinfeksiya işlərinin
həyata keçirilməsi; - Hər növbəti kütləvi namazdan sonra ümumi istifadə yerlərində bütün təmas
səthlərinin (qapı tutacaqları, elektrik düymələri, masa səthləri, sürahilər, məhəccərlər və s.), dəstəmaz yeri, skamyalar, sanitar qovşaq, ayaqqabıların soyunub-geyinmə yeri dezinfeksiyaedici vasitələrdən istifadə edilməklə nəm üsulla təmizlənməsi.
Son xəbərlər
12:45
Sabah bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq
İnfrastruktur12:33
Sabah bəzi ərazilərdə leysan olacaq, qar yağacaq - PROQNOZ
Ekologiya12:28
"Zirə"nin futbolçusu ölkəsinin millisinə dəvət alıb
Futbol12:26
ABŞ Venesuela yaxınlığında hərbi aviasiya fəaliyyətini artırıb
Digər ölkələr12:06
Bəqayi: İran və Livan arasında diplomatik münasibətlər davam edir
Digər ölkələr11:51
Məşhur amerikalı güləşçi peşəkar karyerasını başa vurub
Fərdi11:41
Tailand Kamboca ilə toqquşmalara görə komendant saatı tətbiq edib
Digər ölkələr11:04
NATO-da Rusiyanın qlobal dəniz təhdidinə qarşı hazırlıq görülməsinə çağırış edilib
Digər ölkələr10:35