Gülçöhrə Məmmədova: İşğalçılar dini-tarixi abidələrin məhv edilməsinə xüsusi önəm veriblər

Din
  • 17 sentyabr, 2026
  • 11:25
Gülçöhrə Məmmədova: İşğalçılar dini-tarixi abidələrin məhv edilməsinə xüsusi önəm veriblər

İşğalçılar dini-tarixi abidələrin dağıdılmasına daha çox diqqət yetiriblər.

"Report" xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" mövzusunda təşkil olunmuş konfransda deyib.

Onun sözlərinə görə, dini abidələr Azərbaycanın memarlıq irsinin əhəmiyyətli hissəsidir:

"Ötən əsrlərdən bizə qalan memarlıq nümunələrinin içində ən çox yer tutan sayına və memarlıq əhəmiyyətinə görə məhz dini abidələrdir. Onların əhəmiyyəti də çox böyükdür".

G.Məmmədova həmçinin bildirib ki, müharibələr və silahlı münaqişələr zamanı məhz dini abidələr daha çox təcavüzə məruz qalır:

"Onların dağıdılmasına işğalçılar daha çox diqqət yetirirlər. Bu fikri Qarabağ və Şərqi Zəngəzurda baş verən işğal zamanı hadisələr, eyni zamanda Qərbi Azərbaycanda azərbaycanlıların, müsəlmanların izinin silinməsi üçün ilk növbədə məscidlərin yox olunması, dağıdılması təsdiq edir".

44 - Tezliklə