Gələn il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılacaq vəsait artırılıb

Din
  • 22 noyabr, 2016
  • 07:47
Gələn il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılacaq vəsait artırılıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Gələn ilin dövlət büdcəsindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) 2 405 600 manat vəsait ayrılacaq.

“Report” xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi" layihəsində bildirilib.

Bu rəqəm 2016-cı ildə 2 157 664 manat olub. 2017-ci ildə ayrılacaq vəsait 2016-cı il ilə müqayisədə 247 936 manat çoxdur.