Bakıda 2026-cı ilin yazında Müqəddəs II İoann Pavel kilsəsinin inşasına başlanıla bilər

Din
  • 24 dekabr, 2025
  • 12:18
Bakıda 2026-cı ilin yazında Müqəddəs II İoann Pavel kilsəsinin inşasına başlanıla bilər

Bakıda Müqəddəs II İoann Pavel katolik kilsəsinin inşasına 2026-cı ilin yazında başlanıla bilər.

Bu barədə "Report"a Azərbaycanda katolik kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete məlumat verib.

Onun sözlərinə görə, layihənin reallaşdırılması tikinti şirkətinin seçim prosesi zamanı bəzi tikinti xüsusiyyətlərinin nəzərə alınması səbəbindən bir qədər uzanıb.

"Elan edilmiş tenderdə layihəni həyata keçirməyə maraq göstərən dörd şirkət iştirak edib. Lakin işlər hələ başlamayıb, çünki ərazinin altından metro xətti keçir. Hazırda mütəxəssislər kilsə binasında metro qatarlarından gələn səs-küyü minimuma endirəcək xüsusi texnologiya işləyib hazırlayırlar. Əgər bütün məsələlər həllini taparsa, əsas tikinti işləri gələn ilin yazında başlaya bilər", - Fekete qeyd edib.

Xatırladaq ki, kilsənin tikintisi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, giriş 722 ünvanında yerləşən 0,17 hektar torpaq sahəsinin Azərbaycan Respublikasındakı Katolik Kilsəsinin istifadəsinə verilməsi haqqında 1 may 2024-cü il tarixli Sərəncam qəbul edib.

Müqəddəs II İoann Pavel kilsəsinin inşası üçün torpaq sahəsinin təqdimetmə və yeni məbədin təməlqoyma mərasimi 2024-cü ilin dekabrında keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti