Əziz Məhəmməd Əli Əziz: İşğal dövründə Qarabağdakı məscidlərin necə talan edildiyinin şahidi olduq
- 09 sentyabr, 2026
- 11:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Azad edilmiş ərazilərə gələn din xadimləri işğal dövründə Qarabağdakı məscidlərin necə talan edildiyinin şahidi oldular.
Bunu "Report"un Xankəndiyə ezam olunan əməkdaşına açıqlamasında Kərkükdən gəlmiş din xadimi Əziz Məhəmməd Əli Əziz deyib.
O, işğaldan azad olunmuş Qarabağa səfər etmələrindən məmnunluğunu vurğulayıb:
"Gəlişimizin əsas məqsədi bu yerləri canlı görmək və doğma torpağımızın erməni işğalından azad edilməsinin sevincini qardaşlarımızla birgə yaşamaqdır. Bu ərazilərdəki bir sıra məscidləri ziyarət edə bildik. Şuşadakı məscidlərin necə talan edildiyinin şahidi olduq. Əsas sevindirici məqam həm də bundan ibarətdir ki, Qarabağ çox sürətlə bərpa edilir. Davam edən quruculuq işlərinin tezliklə tam yekunlaşacağına inanırıq".