Yeni tədris ilində 226 min uşağın məktəbəqədər təhsilə cəlb olunması gözlənilir
- 11 sentyabr, 2025
- 10:57

Yeni tədris ilində 226 min uşağın məktəbəqədər təhsilə cəlb olunması gözlənilir.
"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə deyib.
O bildirib ki, tərbiyəçilərin sertifikatlaşdırılması istiqamətində qaydalar hazırlanıb və təsdiqlənib: "Gələn ildən tətbiqi gözlənilir. 520 məktəbəqədər təhsil müəssisəsində 50 minə yaxın uşaq hazır qida ilə təmin olunur".
Nazir qeyd edib ki, müəssisələrdə yer çatışmazlığı var, çünki uşağını bağçaya qoymaq istəyənlər çoxdur: "Özəl tərəfdaşlıq layihəmiz var. Məktəbəhazırlıq mərhələsində övladını həm məktəbdə, həm də bağçada saxlamaq istəyən valideynlərin narazılığı haqsızdır. Onsuz da elektron sistem vasitəsilə biz prosesi ciddi izləyə bilirik. Bu sahədə vahid sistemin olması uzunmüddətli keyfiyyətli qərarların verilməsinə xidmət edir".
Nazir əlavə edib ki, ötən il monitorinqlər nəticəsində 18 müəssisə müdirinin işinə xitam verilib.