FTB Kirkin qətlində əli olanlar haqqında məlumat müqabilində 100 min dollar təklif edir - YENİLƏNİB-2

Digər
  • 11 sentyabr, 2025
  • 20:59
FTB Kirkin qətlində əli olanlar haqqında məlumat müqabilində 100 min dollar təklif edir - YENİLƏNİB-2

FTB amerikalı fəal Çarli Kirkin qətlində əli olanlar barədə məlumat verənlərə 100 min dollar mükafat təklif edib.

"Report" xəbər verir ki, bu barədə büro "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Federal Təhqiqat Bürosu (FTB) bir gün əvvəl amerikalı fəal Çarli Kirki qətlə yetiməkdə şübhəli bilinən şəxsin fotolarını yayımlayıb.

Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

Hüquq-mühafizə orqanları ictimaiyyətdən bu şəxsin kimliyini müəyyənləşdirməyə köməklik göstərməyi xahiş edib.

Yayımlanan görüntülər Kirkin qətlində şübhəli bilinən şəxsin ilk rəsmi fotolarıdır.

ABŞ Federal Təhqiqat Bürosu (FTB) amerikalı fəal Çarli Kirkin qətlində istifadə edildiyi ehtimal olunan silahı aşkar edib.

Bu barədə "Report" xarici mediaya istinadən məlumat verir.

"Biz atəş zamanı istifadə olunduğunu ehtimal etdiyimiz silahı tapmağa nail olduq", - FTB nümayəndəsi Robert Bols bildirib.

Onun sözlərinə görə, tüfəng atəş açanın gizləndiyi meşəlik ərazidə tapılıb.

R.Bols Kirkin qatilinin hələ də azadlıqda olduğunu deyib.

O qeyd edib ki, FTB-də atəş açanın fotoşəkilləri var və onun ictimaiyyət üçün təhlükəli olduğuna inanmırlar.