TÜRKPA-nın gələn ay Bişkekdə keçiriləcək plenar iclasına hazırlıq müzakirə olunub

Milli Məclis
  • 15 sentyabr, 2026
  • 13:58
TÜRKPA-nın gələn ay Bişkekdə keçiriləcək plenar iclasına hazırlıq müzakirə olunub

Milli Məclisin sədri Sahibə Qafarova Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsənlə görüşdə TÜRKPA-nın gələn ay Bişkekdə keçiriləcək plenar iclasına hazırlığı, tədbirdə müzakirə ediləcək məsələləri nəzərdən keçirib, perspektiv planlar barədə danışıb.

"Report" xəbər verir ki, görüşdə TÜRKPA-nın türk dövlətləri arasında əməkdaşlığın daha da inkişafındakı rolu, türk dövətlərini maraqlandıran məsələlərin müzakirəsi baxımından təşkilatın əhəmiyyəti, bu quruma üzv ölkələrin liderlərinin təşkilata verdiyi dəstəyin önəmi barədə fikir mübadiləsi aparılıb.

Sahibə Qafarova Azərbaycanın TÜRKPA-ya sədrliyi dövründə bu təşkilatın xətti ilə görülmüş işlər, qurumun beynəlxalq parlament təşkilatları, o cümlədən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə əlaqələrinin genişləndirilməsi barədə fikirlərini bölüşüb.

Söhbət zamanı bildirilib ki, Milli Məclis həm TÜRKPA ilə, həm də bu təşkilata üzv qardaş ölkələrin parlamentləri ilə əməkdaşlığın inkişafına böyük önəm verir.

44 - Tezliklə