Türkiyədə sosial şəbəkələrdə cinayətkar qrupların təbliği ilə məşğul olan 325 şübhəli saxlanılıb
- 15 yanvar, 2026
- 19:58
Türkiyədə sosial şəbəkələrdə cinayətkar qrupların təbliği ilə məşğul olan şəxslərə qarşı yanvarın 15-də keçirilən əməliyyatlarda 325 şübhəli saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"dəki hesabında yazıb.
Əməliyyatlar zamanı 41 tapança, 36 ov tüfəngi və 1 ədəd AK-47 avtomatı aşkarlanaraq götürülüb.
Sosial media hesabları vasitəsilə cinayəti və cinayətkarı təbliğ edən paylaşımlar edənlər barəsində prokurorluq tərəfindən istintaq başlanıb.
Ülkemiz genelinde, sosyal medya platformları üzerinden suç örgütlerini övücü/silahlı paylaşım yapan şahıslara yönelik bugün düzenlenen operasyonlarımızda 325 şüpheliyi yakaladık ❗️
— Ali Yerlikaya (@AliYerlikaya) January 15, 2026
Cumhuriyet Başsavcılıklarımız ile EGM KOM Başkanlığımız koordinesinde; İl Emniyet Müdürlükleri KOM… pic.twitter.com/RTEGKguNUv