Trampın Knessetdəki çıxışı zamanı təxribat törədilib

Digər ölkələr
  • 13 oktyabr, 2025
  • 15:18
Trampın Knessetdəki çıxışı zamanı təxribat törədilib

ABŞ Prezidenti Donald Trampın Knessetdəki (İsrail parlamenti) çıxışı zamanı təxribat törədilib.

"Report"un məlumatına görə, Knesset üzvləri Ayman Odeh və Ofer Kassif Trampın çıxışı zamanı "soyqırımı" yazısı olan plakat qaldırdıqları üçün zaldan çıxarılıblar.

Ayman Odeh - fələstin-israil mənşəli deputat, Ofer Kassif isə kommunist "Hadaş" partiyasını təmsil edir, fraksiyada yeganə yəhudidir.

"Bu çox təsirli idi", - deyən Tramp nitqini davam etdirib.

Son xəbərlər

Bütün Xəbər Lenti