Putin: Rusiya, ABŞ və Çin regional münaqişələrin həllində ortaq maraqlara malikdir

Digər
  • 19 noyabr, 2026
  • 12:44
Putin: Rusiya, ABŞ və Çin regional münaqişələrin həllində ortaq maraqlara malikdir

Rusiya, ABŞ və Çinin regional münaqişələrin, o cümlədən Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında bir çox ortaq maraqları var.

"Report" xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin ABŞ və Çin liderləri Donald Tramp və Si Cinpinlə üçtərəfli görüşündə bildirib.

Onun sözlərinə görə, üç ölkənin əməkdaşlığı beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verə bilər.

V.Putin Çin tərəfinə və şəxsən Si Cinpinə görüşün təşkilinə görə təşəkkür edib.

"Ölkələrimizin regional münaqişələrin, o cümlədən, əlbəttə ki, Ukraynadakı münaqişənin nizamlanmasında bir çox ortaq maraqları var", - V.Putin bildirib.

V.Putinin sözlərinə görə, o, bu məsələni ötən gün Si Cinpinlə müzakirə edib, bu gün isə ABŞ Prezidentinin təşəbbüsü ilə tərəflər ikitərəfli görüş zamanı buna xüsusi diqqət yetiriblər.

Bundan başqa, V.Putin Moskvanın, Vaşinqtonun və Pekinin müasir təhdidlərə, xüsusən də beynəlxalq terrorizmə və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə ortaq maraqlarına diqqət çəkib.

44 filmi