Paşinyan yenidən "Mülki Müqavilə" Partiyasının sədri seçilib

Digər
  • 21 sentyabr, 2025
  • 01:28
Paşinyan yenidən Mülki Müqavilə Partiyasının sədri seçilib

Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən "Mülki Müqavilə" Partiyasının sədri seçilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Anuşik Avetyan səslərin ilkin hesablanmasının nəticələrini təqdim edib.

Onun sözlərinə görə, elektron hesablamaya görə, Paşinyan 758 səs toplayıb.

Partiyanın İdarə Heyətinin yekun tərkibi bu gün açıqlanmayıb.

Paşinyan qeyd edib ki, namizədlərin apellyasiya şikayəti vermək üçün 24 saat vaxtı var, bundan sonra yekun nəticələr açıqlanacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti