Ötən il Azərbaycanın metanol ixracından qazancı açıqlanıb

Digər
  • 21 yanvar, 2026
  • 11:15
Ötən il Azərbaycanın metanol ixracından qazancı açıqlanıb

2025-ci ildə Azərbaycandan 86 milyon 260,4 min ABŞ dolları dəyərində 391 min 830,55 ton metanol (metil spirti) ixrac edilib.

"Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2024-cü il ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 17,3 %, həcmi isə 17,4 % azalıb.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında metil spirtinin payı 2,38 % təşkil edir. İlkin formalarda metanolun ümumi ixracdakı payı isə 0,34 % təşkil edib.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49 milyard 423 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 25 milyard 43 milyon ABŞ dolları ixracın, 24 milyard 380 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,7 % azalıb, idxal isə 15,8 % artıb.

Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) metanol zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi - "SOCAR Metanol" MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti