Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə rəhbər təyin edilib

Daxili siyasət
  • 12 oktyabr, 2026
  • 19:47
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə rəhbər təyin edilib

Abbas Muxtarzadə Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri təyin edilib.

"Report"un Naxçıvan bürosunun məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev sərəncam imzalayıb.

Xatırladaq ki, sentyabrın 28-də Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin sabiq rəhbəri Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib.