"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" birləşdirilir
Daxili siyasət
- 23 sentyabr, 2026
- 15:50
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
"Report" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb.
Qərara əsasən, Cəmiyyətin işçilərinin say həddi 230 ştat vahidi müəyyən edilib.
Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi isə Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib.
Son xəbərlər
03:00
Vuçiç BMT-nin fəaliyyətindən narazıdır
Digər ölkələr02:38
Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair memorandum imzalanıb
Xarici siyasət02:16
Baltikyanı ölkələr Aİ-dən dronlarla mübarizə üçün 500 milyon avro istəyib
Digər ölkələr01:50
Azərbaycan və Dominikan arasında viza rejimi ləğv olunub
Xarici siyasət01:41
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
Energetika01:13
Azərbaycan klubları minifutbol üzrə Çempionlar Liqasında mübarizəyə başlayıb
Futbol01:05
Əraqçi Vadefulla görüşdə BMT və Aİ-ni tənqid edib
Region00:53
Azərbaycan və İraq regional və beynəlxalq platformalarda əməkdaşlığı müzakirə edib
Xarici siyasət00:37