III MDB Oyunları: Batut gimnastikasında qarışıq komanda yarışları başa çatıb - YENİLƏNİB
- 02 oktyabr, 2025
- 16:55

III MDB Oyunlarında batut gimnastikası üzrə qarışıq komanda yarışları başa çatıb.
"Report"un Şəkiyə ezam olunmuş əməkdaşının məlumatına görə, yarışın qalibi 169.350 xalla Belarus komandası olub.
Rusiya komandası ikinci (167.750 xal) ikinci, Türkiyə gimnastları isə üçüncü (157.330 xal) olub.
120.860 xal toplayan Azərbaycan gimnastları isə mükafatçılar sırasına düşə bilməyib.
III MDB Oyunlarının batut gimnastikası üzrə sinxron proqramında finala yüksələn Azərbaycan idmançıları müəyyənləşib.
"Report"un Şəkiyə ezam olunan əməkdaşının məlumatına görə, kişilər arasında Maqsud Mahsudov və Hüseyn Abbasov, qadınlarda Şəfiqə Hümbətova və Selcan Mahsudova, qarışıq sinxron proqramda isə Selcan Mahsudova və Maqsud Mahsudov həlledici mərhələdə mübarizə aparacaqlar.
Qeyd edək ki, bu gün keçiriləcək final mərhələsində ölkəmizi qadınların fərdi proqramında Selcan Mahsudova, komanda yarışında Selcan Mahsudova, Şəfiqə Hümbətova və Vəfa Əlisultanova, kişilər arasında isə Maqsud Mahsudov, Hüseyn Abbasov və Nicat Mirzəyev təmsil edəcək.
Batut gimnastikası yarışına oktyabrın 3-də yekun vurulacaq.