Hövsanda quyuya yıxılan şəxs xilas edilib
Digər
- 31 dekabr, 2025
- 20:33
Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində quyuya yıxılan şəxs xilas edilib.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1960-cı il təvəllüdlü Yarıyev Qılıçxan Cəfər oğlu dərinliyi təqribən 5 metr olan quyuya yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə Q.Yarıyevi quyudan çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hövsanda quyuya yıxılan şəxs xilas edilib
Son xəbərlər
04:42
ABŞ Milli Qvardiyası 3 şəhərdən çıxarılacaq
Digər ölkələr04:15
Spiker: Gürcüstan üçün 2026-cı il yeni başlanğıc nöqtəsi olacaq
Region03:48
ŞƏT sədrliyi 4-cü dəfə Qırğızıstana keçir
Digər ölkələr03:07
Foto
TƏBİB-in nəzdindəki tibb müəssisəsində 2026-cı ilin ilk körpəsi dünyaya gəlib
Sağlamlıq02:50
ABŞ Venesuela nefti satan şirkətləri "qara siyahı"ya salıb
Digər ölkələr02:18
Ukraynaya 10-dan çox ölkədən nümayəndəsi səfər edəcək
Digər ölkələr02:02
ABŞ Kamboca və Tailanda sülh sazişi ilə bağlı dəstək təklif edib
Digər ölkələr01:20
Foto
Azərbaycanda 2026-cı ilin ilk körpəsi dünyaya gəlib
Digər01:06