Spiker: Gürcüstan üçün 2026-cı il yeni başlanğıc nöqtəsi olacaq

Region
  • 01 yanvar, 2026
  • 04:15
Spiker: Gürcüstan üçün 2026-cı il yeni başlanğıc nöqtəsi olacaq

Gürcüstan üçün 2026-cı il yeni başlanğıc nöqtəsi və ölkənin inkişafında yeni mərhələ olacaq.

"Report"un xəbərinə görə, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Yeni il müraciətində deyib.

"Yeni 2026-cı il yaxınlaşır, biz onu böyük ümid və yenilənmiş enerji ilə qarşılayırıq. Bu, yeni bir başlanğıc nöqtəsi olacaq bir il olacaq. Bu ildə biz tədricən, sakit və düşünülmüş şəkildə tikintinin yeni mərhələsinə başlamalıyıq. Bu tikinti bizim tarixi irsimizə əsaslanmalı və eyni zamanda zamana uyğun aydın milli kimliyi təmin etməlidir", - Papuaşvili bildirib.

"Dünya bizim kim olduğumuzu, harada olduğumuzu, bizi nəyin idarə etdiyini, nəyi qoruduğumuzu və nəyi qurduğumuzu aydın şəkildə başa düşməlidir. Hər kəs bilməlidir ki, dünən kim idik, bu gün kimik, sabah kim olacağıq", - deyə parlament sədri qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti