"Hər məsciddə kitabxana" layihəsinin növbəti mərhələsi başa çatıb

Digər
  • 31 oktyabr, 2025
  • 11:33
Hər məsciddə kitabxana layihəsinin növbəti mərhələsi başa çatıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən icra olunan "Hər məsciddə kitabxana" layihəsinin növbəti mərhələsi başa çatıb.

Bu barədə "Report"a Komitədən məlumat verilib.

Qeyd edilib ki, bu mərhələdə Mil-Muğan və Şirvan-Salyan bölgələrində yerləşən məscidlərə dini, fəlsəfi, tarixi və ədəbi mövzularda müxtəlif nəşrlərdən ibarət kitab dəstləri təqdim olunub.

Layihənin əsas məqsədi məscidlərin yalnız ibadət məkanı kimi deyil, eyni zamanda maarifləndirici və ictimai fəaliyyətlərdə iştirak edən mərkəzlərə çevrilməsidir. Kitabxanaların yaradılması oxu mədəniyyətinin təşviqinə, milli-mənəvi dəyərlərin yayılmasına və cəmiyyətin maariflənməsinə mühüm töhfə verir.

2025-ci ilin sonunadək layihə çərçivəsində ölkə üzrə 250 məscidin kitabxana ilə təmin olunması və layihənin növbəti illərdə də davam etdirilməsi planlaşdırılır. Fond tərəfindən hər il məscidlərə kitab rəfləri və ümumilikdə 100 adda 25 min nüsxə kitabın çatdırılması təmin olunacaq.

Hacıqabul şəhəri

1. Hacıqabul şəhəri "Cümə" məscidi

Şirvan şəhəri

2.Şirvan şəhəri "Cümə" məscidi

3.Şirvan şəhəri "Zeynalabidin" məscidi

4.Şirvan şəhər məscidi

Sabirabad rayonu

5.Sabirabad şəhəri "Heydər" məscidi

6.Sabirabad rayonu Bulduq kənd məscidi

Saatlı rayonu

7.Saatlı şəhəri "Cümə" məscidi

8.Saatlı şəhəri "Həzrət Əli" məscidi

9.Saatlı rayonu, Nəsimikənd kənd məscidi

10.Saatlı rayonu, Sımadakənd kənd məscidi

11.Saatlı rayonu, Mustafabəyli kənd "İmam Əli" məscidi

İmişli rayonu

12.İmişli şəhəri "Cümə" məscidi

13.İmişli şəhəri "Məşədi Həbib" məscidi

14.İmişli rayonu, Qaralar kənd məscidi

Beylaqan rayonu

15.Beyləqan rayonu, Şəfəq qəsəbəsi "Həzrəti Cərcis Peyğəmbər" məscidi

16.Beyləqan rayonu, Türklər qəsəbə məscidi

17.Beyləqan rayonu, Qaralılar kənd məscidi

Biləsuvar rayonu

18.Biləsuvar şəhəri "Cümə" məscidi

19.Biləsuvar şəhəri "İmam Zaman" məscidi

Neftçala rayonu

20.Neftçala şəhəri "Sahib Əzzaman" məscidi

21.Neftçala rayonu, Aşağı Surra kəndi "İmam Zaman" məscidi

22.Neftçala rayonu, Bankə qəsəbəsi "Həzrət Əli" məscidi

Salyan rayonu

23.Salyan şəhəri "Mərkəzi Hacı Tağı" məscidi

24.Salyan şəhəri "Beytül Əli" məscidi

25.Salyan rayonu Xıdırlı kənd məscidi

Son xəbərlər

Bütün Xəbər Lenti