Ceyhun Bayramov: Eston həmkarımı Azərbaycandan Ermənistana neft məhsullarının daşınması ilə bağlı məlumatlandırdım

Digər
  • 27 noyabr, 2026
  • 12:51
Ceyhun Bayramov: Eston həmkarımı Azərbaycandan Ermənistana neft məhsullarının daşınması ilə bağlı məlumatlandırdım

Eston həmkarımı Azərbaycan-Ermənistan postmünaqişə dövrü, o cümlədən Azərbaycandan Ermənistana neft məhsullarının daşınması, dövlət qurumlarının rəsmilərinin, eləcə də vətəndaş cəmiyyəti nümayəndlərininin dialoqu, həmçinnin TRİPP, Ermənistandakı yeni Konstisusiya məsələsi ilə bağlı məlumatlar verdim.

"Report"un məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda estoniyalı həmkarı Marqus Tshakna ilə brifinqdə deyib.

Nazir deyib ki, görüş zamanı azad olunmuş ərazilərdəki bərpa-quruculuq və qayıdış barədə də fikir mübadiləsi aparılıb.

"Rusyiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki gərginlik, bu gərginliyin səngiməməsi, təhlükəsizlik baxımından bunun mənfi təsirləri barədə də fikir mübadiləsi apardıq. Burada vasitəçilik mövqeyi olan oyunçular, ölkələr barədə də qarşılıqlı fikir mübadiləmiz oldu", - C.Bayramov bildirib.

Xəbər yenilənir

44 filmi