Qaradağda 500 ağac əkilib

Ekologiya
  • 24 sentyabr, 2025
  • 14:26
Qaradağda 500 ağac əkilib

27 sentyabr - Anım Günü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə paytaxtın Qaradağ rayonunda Bakı-Ələt yolunun kənarında ağacəkmə aksiyası təşkil edilib.

Bu barədə "Report"a BŞİH-dən məlumat verilib.

Bildirilib ki, aksiyada BŞİH-in rəhbərliyi, əməkdaşları və struktur bölmələrin işçiləri, RİİB-in könüllüləri iştirak ediblər.

İştirakçılar aksiyanın keçirildiyi ərazini yararsız tullantılardan təmizləyərək burada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 ədəd yeni ağac əkiblər.

Qeyd edək ki, əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarma məsələləri həll edilib, cavabdehlər müəyyənləşdirilib. Mövsüm ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Bütün Xəbər Lenti