İƏT ölkələri statistika xidmətlərinin yeni nəsil "enerji keçidi"nə töhfəsini müzakirə edəcəklər

Biznes
  • 24 sentyabr, 2025
  • 16:07
İƏT ölkələri statistika xidmətlərinin yeni nəsil enerji keçidinə töhfəsini müzakirə edəcəklər

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) statistika komissiyasının növbəti sessiyası oktyabrın 1-3-də Ankarada (Türkiyə) keçiriləcək.

"Report"un məlumatına görə, bunu İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin nümayəndəsi Abdulhamit Öztürk Bakıda keçirilən III Beynəlxalq Statistika Forumu çərçivəsində bildirib.

"İƏT-in Statistika Komissiyası hər il toplanan yüksək səviyyəli komissiyadır. Burada milli statistika xidmətlərinin rəhbərləri iştirak edirlər. Bu illik sessiyalar arasında biz, həmçinin Nyu-Yorkda BMT-nin Statistika Komissiyası çərçivəsində görüş təşkil edirik. Gələn həftə İƏT Statistika Komissiyasının 14-cü sessiyasını keçirməyi planlaşdırırıq.

Bu sessiyada 2026-2030-cu illər üçün fəaliyyət proqramı, məlumatlara əsaslanan enerjiyə keçidin dəstəklənməsində milli statistika xidmətlərinin rolu, rəqəmsallaşma vasitəsilə milli sertifikatlaşdırma sisteminin modernləşdirilməsi kimi məsələlər müzakirə ediləcək və bir DİM (dayanıqlı inkişaf məqsədləri) göstəricisi seçiləcək", - o bildirib.

Azərbaycan 1991-ci ilin dekabrında İƏT-in üzvü olub. Qurum 1969-cu ildə Mərakeşdə yaradılmış hökumətlərarası təşkilatdır. Ona 57 dövlət daxildir.

Son xəbərlər

Bütün Xəbər Lenti