Azərbaycan banklarında əhalinin əmanətləri 11 %-ə yaxın artıb
- 30 sentyabr, 2025
- 15:23

Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 441,3 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,8 % az, ilin əvvəlinə nisbətən 2,9 %, ötən il sentyabrın 1-i ilə müqayisədə isə 10,8 % çoxdur.
Bunun 55 %-i, yaxud 22 milyard 766,4 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 8,5 % çoxdur.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 9 % artaraq 15 milyard 460,6 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 43,95 % artaraq 3 milyard 214,3 milyon manata çatıb.
Hesabat dövründə cəmi depozitlərin 22 milyard 412,4 milyon manatı (il ərzində 2 % artıb) qısamüddətli, 19 milyard 28,9 milyon manatı (+23,3 %) isə uzunmüddətli olub.