Zimbabvedə göldə bərə aşıb, 44 nəfər ölüb - YENİLƏNİB-2

Digər ölkələr
  • 12 avqust, 2026
  • 17:16
Zimbabvedə göldə bərə aşıb, 44 nəfər ölüb - YENİLƏNİB-2

Zimbabvedə Kariba gölündə bərənin aşması nəticəsində azı 44 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə ölkənin polisi "X" sosial şəbəkəsində bildirib.

Polis, xilas edilən, yaralanan və ölən sərnişinlər haqqında tam məlumatı hadisə yerindəki işlər başa çatdıqdan sonra yayacaq.

"ZBC News"un məlumatına görə, gəmidə təxminən 160 sərnişin olub, lakin gəmi yalnız 90 nəfər tutumunda imiş.

Qeyd olunub ki, 74 nəfəri xilas etmək mümkün olub, 75-i isə itkin düşmüş hesab olunur.

Xilasedicilər insanları qayıqlar və helikopterlər vasitəsilə axtarırlar.

Zimbabvedəki Kariba gölündə bərənin aşması nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Sky news" telekanalı məlumat yayıb.

Cənubi Afrika ölkəsinin Təbii Fəlakətlərin İdarə Olunması üzrə Milli Agentliyi 77 nəfərin xilas edildiyini, 27 nəfərin isə itkin düşdüyünü bildirib.

Zimbabvedəki Kariba gölündə həddindən artıq yüklənmiş bərənin aşması nəticəsində ən azı 15 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" agentliyi Zimbabvenin Təbii Fəlakətlərin İdarə Olunması üzrə Milli Agentliyinə istinadən məlumat yayıb.

Bundan başqa, 77 nəfər xilas edilib, 27 nəfər isə itkin düşüb.

Zimbabve mülki müdafiə bölməsinin bəyanatında satılan biletlərlə bağlı məlumatların təhlilindən sonra göyərtədə 114 sərnişin və 5 ekipaj üzvünün olduğu bildirilir.

Göldə axtarış-xilasetmə işləri aparılır.