Zelenski Ukraynanın Fin körfəzində Rusiya gəmisinə zərbə endirdiyini etiraf edib
- 24 noyabr, 2026
- 16:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Fin körfəzində Rusiyanın "Sparta II" yük gəmisinə zərbə endirdiyini etiraf edib.
"Report" xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" "Bloomberg" agentliyinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, gəmi silah daşıyırdı və Ukrayna hərbçiləri üçün qanuni hədəf idi.
"Biz hər şeyi düzgün etmişik. Rusiya bayrağı altında üzən istənilən gəmi, silah və ya sanksiyalara məruz qalan hər hansı yük daşıyan bütün gəmilər – onların içində nə olmasından asılı olmayaraq – istər Rusiyanın ərazi sularında, istərsə də neytral sularda bizim üçün qanuni hədəfdir", - Zelenski bildirib.
Prezidentin sözlərinə görə, bu hücum Ukraynanın Rusiyanın davam edən hərbi əməliyyatlarına cavab kampaniyasının bir hissəsidir. Eyni zamanda o, zərbənin Ukraynanın bəzi müttəfiqlərində narahatlıq yarada biləcəyini etiraf edib.
Qeyd edək ki, noyabrın 21-də Fin körfəzinin neytral sularında iki PUA Kalininqrada doğru hərəkət edən yük gəmisinə hücum edib.