Zelenski: Ukrayna PUA-larının uçuş məsafəsini 10 min kilometrə qədər artırmağı planlaşdırır

Digər ölkələr
  • 24 iyul, 2026
  • 21:14
Zelenski: Ukrayna PUA-larının uçuş məsafəsini 10 min kilometrə qədər artırmağı planlaşdırır

Yaxın iki il ərzində Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) uçuş məsafəsinin 10 min kilometrə qədər artırılması planlaşdırılır.

"Report" "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı bloqer Lora Lumerə müsahibəsində bildirib.

V. Zelenskinin sözlərinə görə, uzaqmənzilli PUA-larının yaradılması üzrə Ukrayna proqramı inkişafının yeni mərhələsinə qədəm qoyur:

"Hazırda bizim 3000 kilometrdən çox uçuş məsafəsinə malik dronlarımız var. Bu il 4000 kilometrə qədər, gələn il isə 5 mindən 10 min kilometrə qədər uçuş məsafəsi olan PUA-larımız olacaq".

V. Zelenski vurğulayıb ki, pilotsuz texnologiyaların gələcək inkişafı ölkənin müdafiə potensialının gücləndirilməsinin əsas istiqamətlərindən biri olaraq qalır.

44 - Tezliklə