Zelenski: Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq
- 14 noyabr, 2026
- 13:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq, çünki belə bir status ölkəni uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə təmin etməyəcək.
"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
"Biz hazırda onsuz da NATO-da deyilik. Əgər neytrallıq, ümumiyyətlə, bizim NATO-da olmamağımızı nəzərdə tutursa, biz artıq bu statusdayıq. Bəs onda uzunmüddətli perspektivdə bizim üçün təhlükəsizliyə nə xidmət edəcək?", - Zelenski bildirib.
O əlavə edib ki, Rusiya tərəfi Ukraynanın Avropa İttifaqına (Aİ) üzv olmayacağını düşünürsə, yanlış fikirdədir.
"Biz üzv olacağıq. Hələ ki Ukrayna heç bir ittifaqa daxil deyil. Neytrallığın konstitusiyada təsbit edilməsi isə dövlətinizin konstitusiyasını dəyişdirməyiniz deməkdir. Ukrayna buna getməyəcək", - Ukrayna lideri deyib.