Zelenski Rusiyaya qarşı 19-cu sanksiya paketini dərhal tətbiq etməyə çağırıb

Digər ölkələr
  • 02 oktyabr, 2025
  • 13:23
Zelenski Rusiyaya qarşı 19-cu sanksiya paketini dərhal tətbiq etməyə çağırıb

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaları genişləndirməyi davam etdirməlidir.

"Report" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Avropa Siyasi Birliyi"nin Kopenhagendə keçirilən 7-ci sammitində çıxışı zamanı bəyan edib.

"Əziz dostlar, biz indi yeni reallıqdayıq. Düşünürəm ki, bunu hamı başa düşür, hətta bunu hələ etiraf etmək istəməyənlər də. Avropanın hər yerində dronlarla bağlı son hadisələr Rusiyanın bu müharibəni gərginləşdirmək üçün özünü əvvəlki kimi kifayət qədər güclü hesab etməsinə dəlalət edir. Və söhbət heç vaxt təkcə Ukraynadan getməyib. Rusiya həmişə Qərbi və xüsusilə də Avropanı parçalamaq istəyib. Bu gün onların strategiyası sadədir: Avropanı bölmək, mübahisələri qızışdırmaq, bizim ümumi dil tapmağımıza mane olmaq", - o bildirib.

V.Zelenski tərəflərin qətiyyətlə və birlikdə hərəkət etməli olduqlarını vurğulayıb və Rusiyaya qarşı 19-cu sanksiya paketinin dərhal tətbiq edilməsinə çağırıb.

"İndi biz görürük ki, hətta sanksiyalara məruz qalan tankerləri Rusiya hələ də istifadə edir. Buna son qoyulmalıdır. Gəlin kölgə donanmasının gəmilərinin kapitanlarına və heyətlərinə, eləcə də müvafiq şirkətlərin sahiblərinə qarşı da əlavə sanksiyalar tətbiq edək", - o deyib.

Son xəbərlər

Bütün Xəbər Lenti