Zelenski: Rusiya yavaşlamır və müharibəni davam etdirməyi hədəfləyir

Digər ölkələr
  • 29 mart, 2026
  • 13:09
Zelenski: Rusiya yavaşlamır və müharibəni davam etdirməyi hədəfləyir

Rusiya Ukraynaya qarşı müharibənin tempini azaltmır, eyni zamanda, qlobal sabitliyin pozulmasına gətirib çıxaran digər bir münaqişənin uzadılmasına da açıq şəkildə yatırım edir.

"Report" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında bildirib.

"Yalnız bu həftə ərzində Rusiya Silahlı Qüvvələri şəhərlərimizə və icmalarımıza qarşı 3000-dən çox zərbə dronu tətbiq edib və onların əhəmiyyətli hissəsi "Şahed"lərdir, həmçinin 1450-dən çox idarəolunan aviabomba və müxtəlif tipli daha 40 raketdən istifadə olunub. Rusiyalılar dövlətimizə və insanlarımıza qarşı müharibənin tempini aşağı salmır, eyni zamanda, qlobal sabitliyin pozulmasına gətirib çıxaran digər bir müharibənin uzadılmasına da açıq şəkildə yatırım edirlər", - paylaşımda bildirilib.

Zelenskinin sözlərinə görə, Ukrayna ərazisinə zərbələr faktiki olaraq Yaxın Şərq və Fars körfəzi ölkələrinə endirilən eyni zərbə dronları ilə həyata keçirilir.

O, hərbi münaqişələrin dünya bazarlarının sabitliyinin pozulmasına və dəniz yollarının bloklanmasına gətirib çıxardığını qeyd edərək təhlükəsizliyin möhkəmləndirilməsi üçün region ölkələrini silah istehsalı sahəsində əməkdaşlığa çağırıb.