Zelenski Pentaqon nümayəndələri ilə görüşüb

Digər ölkələr
  • 20 noyabr, 2025
  • 18:42
Zelenski Pentaqon nümayəndələri ilə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin ordu naziri Den Driskoll və bir neçə amerikalı generalın təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" mənbəyə istinadən bildirib.

Qeyd olunub ki, tezliklə daha geniş formatda növbəti görüş başlayacaq. Bu görüşdə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov da iştirak edəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti