Zelenski Baydenlə son saatlarda baş verənləri müzakirə edib
Digər ölkələr
- 21 fevral, 2022
- 20:32
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Cozef Baydenlə telefonla danışıb və “son saatların hadisələri”ni müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Ukrayna lideri tviterdəki hesabında yazıb.
"Baydenlə son saatlardakı hadisələri müzakirə etdim", - Zelenski qeyd edib. O, Böyük Britaniyanın Baş naziri Boris Consonla da danışmağı planlaşdırdığını əlavə edib.
Hazırda Zelenskinin rəhbərliyi altında ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclası keçirilir.
"Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasına başlayırıq", - dövlət başçısı əlavə edib.
Zelenski Rusiya Prezidenti Vladimir Putinin qondarma Donetsk və Luqansk "xalq respublikaları"nın suverenliyini tanıdığını elan etməsindən bir neçə dəqiqə sonra paylaşım edib.
Son xəbərlər
12:51
Azərbaycanın stolüstü tennisçiləri "WTT Youth Contender Tbilisi 2026" turnirində iştirak edəcəklər
Fərdi12:41
Foto
Video
Qaradağ rayonunda vulkan püskürüb - ƏLAVƏ OLUNUB
Ekologiya12:40
UN-Habitat İçərişəhərdə sakinlər və turistlər arasındakı balansı araşdırır
Turizm12:36
Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
Ekologiya12:35
KPMG Azərbaycanın nəqliyyat sektorundakı layihələrə dair təkliflər təqdim edəcək
İnfrastruktur12:32
Prezidentin köməkçisi: "Qeyri-neft sektorunun inkişafı üçün yeni güzəşt alətlərindən istifadə olunacaq"
Biznes12:30
Anar Əliyev: Azərbaycanda elektron sosial sistemlər 80-dək qurumun informasiya bazaları ilə inteqrasiya olunur
Sosial müdafiə12:30
Azərbaycan və Slovakiya qaz tədarükü ilə bağlı danışıqlar aparıb
Energetika12:28
Foto