Zelenski: Avropa yenidən təkcə Ukrayna xalqının deyil, bir çox başqa xalqların taleyinin həll olunduğu döyüş meydanına çevrilib
- 09 may, 2024
- 13:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Nasizmin məğlubiyyətindən 79 il sonra Avropa, təəssüf ki, yenidən təkcə Ukrayna xalqının deyil, bir çox başqa xalqların taleyinin həll olunduğu döyüş meydanına çevrilib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabında yazıb.
O qeyd edib ki, bu döyüşdə həyat qalib gəlməlidir:
"Mən Roberta Metsolanı (Avropa Parlamentinin Prezidenti - red.) bu gün sülhsevər və vahid Avropanı qeyd edən Avropa Günündə qarşıladım. Biz Ukraynanın, regionumuzun və bütövlükdə Avropanın həyatını qorumaq istiqamətindəki mövqeyimizi gücləndirmək üçün birlikdə çalışırıq. İndi, nasizmin məğlubiyyətindən 79 il sonra Avropamız, təəssüf ki, yenidən təkcə Ukrayna xalqının deyil, bir çox başqa xalqların taleyinin həll olunduğu döyüş meydanına çevrilib. Bu döyüşdə həyat qalib gəlməlidir. Həyat milyonlarla ukraynalının yaşayışını alt-üst edən, milyonlarla avropalının həyatını hədəf kimi görən Rusiyanın hava bombaları, raketləri, hücumları və nifrətinə qalib gəlməlidir".
Ukrayna Prezidenti vurğulayıb ki, bu döyüşdə tək olmamaqları, bir çox azad xalqların, cəsur və prinsipial insanların həmrəyliyi həyati əhəmiyyət kəsb edir.
I welcomed @EP_President Roberta Metsola today, on Europe Day, which celebrates a peaceful and united Europe.
— Volodymyr Zelenskyy / Володимир Зеленський (@ZelenskyyUa) May 9, 2024
We are working together to strengthen our position in protecting life for Ukraine, our region, and Europe as a whole.
Now, seventy-nine years after Nazism was… pic.twitter.com/Ko7pqSSzGz