Zelenski Aİ ölkələrinə Ukraynaya 90 milyard avro ayırdıqlarına görə təşəkkür edib

Digər ölkələr
  • 19 dekabr, 2025
  • 11:13
Zelenski Aİ ölkələrinə Ukraynaya 90 milyard avro ayırdıqlarına görə təşəkkür edib

Ukrayna Prezidenti Volodimir Zelenski 2026-2027-ci illərdə Kiyevə 90 milyard avro məbləğində vəsaitin ayrılması ilə bağlı qərara görə Avropa İttifaqı (Aİ) ölkələrinin liderlərinə minnətdarlığını bildirib.

"Report" xəbər verir ki, bu barədə Zelenski "X" hesabında yazıb.

"Avropa İttifaqı Şurasının 2026-2027-ci illərdə Ukraynaya maliyyə dəstəyi çərçivəsində 90 milyard avro məbləğində vəsaitin ayrılması ilə bağlı qərarına (dekabrın 19-na keçən gecə - red.) görə bütün Aİ ölkələrinin liderlərinə minnətdaram. Bu, dayanıqlığımızı həqiqətən də gücləndirən əhəmiyyətli dəstəkdir", - Ukrayna Prezidenti qeyd edib.

O, həmçinin vurğulayıb ki, Rusiya aktivlərinin dondurulmuş olaraq qalması və Ukraynanın gələcək illər üçün maliyyə təhlükəsizliyi zəmanəti alması vacibdir.

Son xəbərlər

Bütün Xəbər Lenti