Zelenski: "2024-cü il Ukraynanın öz səmasından Rusiyanı qovduğu il olmalıdır"

Digər ölkələr
  • 23 noyabr, 2023
  • 07:41
Zelenski: 2024-cü il Ukraynanın öz səmasından Rusiyanı qovduğu il olmalıdır

"2024-cü il Ukraynanın öz səmasından Rusiyanı qovduğu il olmalıdır".

"Report" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabında yazıb.

O qeyd edib ki, 2022-ci ildən Ukrayna Rusiyanın işğal etdiyi torpaqların yarıdan çoxunu azad edib:

"2023-cü ildə Ukrayna Rusiya donanmasını Qara dənizin əksər hissəsindən çıxarıb. 2024-cü il Ukraynanın öz səmasından Rusiyanı qovduğu il olmalıdır".