Yüz min britaniyalı İsrail baş nazirinin həbs edilməsini tələb edir

Digər ölkələr
  • 06 sentyabr, 2015
  • 03:36
Yüz min britaniyalı İsrail baş nazirinin həbs edilməsini tələb edir

Bakı. 6 sentyabr. REPORT.AZ/ İsrailin baş naziri Binyamin Netanyahu sentyabr ayında gözlənilən London səfəri çırçivəsində həbs edilə bilər.

"Report" BBC-yə istinadən xəbər verir ki, Briyaniya parlamentinin saytında avqustun 7-də yerləşdirilən və 65 yaşlı Netanyahunun hərbi cinayətlərə görə həbs edilməsini tələb edən petisiya artıq yüz min insan tərəfindən dəstəklənib.

Qaydaya əsasən yüz min imza toplayan petisiya parlamentdə müzakirəyə çıxarılmalıdır.