Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb

Digər ölkələr
  • 03 yanvar, 2018
  • 12:39
Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus  təlim təyyarəsi qəzaya uğrayıb

Bakı. 3 yanvar. REPORT.AZ/ Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus “T-2” təlim təyyarəsi qəzaya uğrayıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu məlumatı Yunanıstanın Hərbi Aviasiya Baş Qərargahı yayıb.

Qəzanın texniki nasazlıq səbəbindən baş verdiyi bildirilib.

Hadisə ilə bağlı komissiya yaradılıb. Qəza nəticəsində ekipaj xəsarət almayıb.