Yeni Zelandiyada yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsi təklif edilib

Digər ölkələr
  • 24 avqust, 2026
  • 13:13
Yeni Zelandiyada yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsi təklif edilib

Yeni Zelandiyanın Baş naziri Kristofer Lakson 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadə etməsinə qadağanı nəzərdə tutan qanun layihəsini təqdim edib.

"Report" xəbər verir ki, bu barədə "ABC News" portalı məlumat yayıb.

Qeyd olunub ki, qanun layihəsinin qəbul edilməsi üçün hələlik kifayət qədər dəstək yoxdur, çünki Laksonun koalisiya hökumətinə daxil olan üç partiyadan ikisi təşəbbüsün əleyhinə səs vermək niyyətindədir. Onun təsdiqlənməsi üçün hələ öz mövqeyini müəyyən etməmiş müxalifət deputatlarının dəstəyi tələb olunacaq.

Təşəbbüsə əsasən, "Instagram", "TikTok", "Snapchat" və "Facebook" daxil olmaqla sosial şəbəkələr istifadəçilərin 16 yaşının tamam olduğunu yoxlamaq üçün tədbirlər görməli olacaqlar. Bununla belə, "WhatsApp" kimi messencerlərə, "Roblox" daxil olmaqla onlayn oyun platformalarına, eləcə də "ChatGPT", "Gemini" və "Copilot" süni intellekt tətbiqlərinə məhdudiyyətlər tətbiq edilməyəcək.

Tələblərin pozulmasına görə texnologiya şirkətlərini qlobal gəlirlərinin 10%-dək miqdarında cərimə gözləyə bilər.

44 filmi