Yəmənin cənubunda husilərin hücumu nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb
Digər ölkələr
- 01 may, 2025
- 20:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Husilərin Yəmənin cənubundakı Lahc əyalətində hökumət mövqelərinə qurudan hücumu nəticəsində 2 hərbçi ölüb, 5-i yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Sinhua” agentliyinə adının çəkilməsini istəməyən mənbə bildirib.
Məlumata görə, husilər genişmiqyaslı hücumda reaktiv qumbaraatanlardan istifadə etməklə Lahcda “Hədd Yafea” cəbhəsi yaxınlığında hökumətin nəzarətində olan hədəfləri atəşə tutub.
Hökumət qüvvələri hücuma qarşılıq verib, hücum edənlərdən 4-nü öldürüb, qalanlarını isə geri çəkilməyə məcbur edib.
Qeyd edək ki, Yəmənin şimalının böyük hissəsinə nəzarət edən husilər 2014-cü ildən bəri beynəlxalq səviyyədə tanınan hökumətə qarşı döyüşür.
Son xəbərlər
09:31
Yeni Ramana küçəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq
İnfrastruktur
09:28
Foto
Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər saxlanılaraq həbs edilib
Hadisə
09:28
İnfantino: "Sabah" və "Qarabağ" Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər"
Futbol
09:09
Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır
Fərdi
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (26.10.2026)
Maliyyə
08:57
İordaniyada kilsəyə hücumda şübhəli bilinən üç nəfər saxlanılıb
Digər ölkələr
08:43
Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək
Region
08:14
Foto
Həftənin ilk günü paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Kütləvi kiberhücumlara görə Yaponiya hökumətinin təcili iclası keçiriləcək
Digər ölkələr